|
Biznes – vasitəçilik və ya ticarət fəaliyyəti hesabına gəlir əldə olunan sahibkarlıq fəaliyyətidir. “İVC – Beynəlxalq Qiymətləndirmə Mərkəzi” şirkəti ilkin təhlildən başlayaraq Milli Qiymətləndirmə Standartlarına və BQS3 standartlarına uyğun olaraq sifarişçilərə qiymətləndirmə haqqında hesabatın təqdim edilməsinə qədər yüksək həcmli xidmətləri yerinə yetirir. Biznesin dəyərinin qiymətləndirilməsi – müəssisənin dəyərinin müəyyən tarixə hesablanması və əsaslandırılmasıdır. Digər mülkiyyət obyekti kimi biznesin dəyərinin qiymətləndirilməsi də obyektin dəyərinin konkret bazar şəraitində, konkret vaxt anında təsir göstərən amillərin uçotu ilə müəyyən edilməsininin məqsədyönlü prosesidir. Biznesin qiymətləndirilməsi müəssisənin bütün aktivlərinin (binalar, qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, ofis və məişət texnikası və s.), qeyri-maddi aktivlərin, dövriyyə vəsaitlərinin, kapitalın formalaşdırılması mənbəələrinin, debitor və kreditor borclarının qiymətləndirilməsini əhatə edən yüksək əməktutumlu prosesdir. |
|
Biznesin dəyərinin düzgün müəyyən edilməsi istənilən biznes-müəssisənin müvəffəqiyyətinə zəmanət verir.
Biznesin tam miqyası bazar qiymətləndirilməsini həyata keçirmək üçün İVC–də diplomlu və sertifikatlaşdırılmış qiymətləndiricilər çalışırlar Biznesin müstəqil qiymətləndirilməsi - qiymətəldirmənin ən iri həcmli növlərindən biridir. Ona görə ki, o biznesin bütün tərkib elementlərinin, maddi və qeyri-maddi aktivlərin qiymətləndirilməsini əhatə edir. Biznesin dəyərinin kompleks qiymətləndirilməsini həyata keçirən İVC şirkəti bütün maddi və qeyri-maddi aktivlərinin: daşınmaz əmlakın, maşın və avadanlıqların, anbar ehtiyyatlarının, maliyyə qoyuşlarının, intelektual obyektlərinin, səhmlərin və s. dəyərini müəyyənləşdirir. Qiymətləndirilmənin mühüm mərhələsində qiymətləndirilən biznesin praktiki fəaliyyətinin səmərəliliyinin, müəssisənin keçmiş, cari və gələcək gəlirlərinin, mövcud bazar seqmentində inkişaf perspektivlərinin və rəqabətin müqayisəsi nəticəsində biznesin real dəyəri aşkar olunur. Biznesin dəyərinin qiymətləndirilməsi üçün aşağıdakı sənədlər zəruridir: · Əsas vəsaitlərin, ehtiyyatların, materialların, debitor və kreditor borcların inventarlaşdırılması aktı; · Auditor rəyi; · Mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti; · Mülkiyyət hüququnun əsasları olan sənədlərin surəti; · Texniki pasportun surəti və texniki göstəricilərin təsdiq olunması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin arayışı; · Texniki vəziyyət aktı ilə avadanlığın texniki pasportlarının surəti. Texniki baxışdan keçmək yaxud texniki vəziyyət aktları haqqında sənədlər və avtonəqliyyat vasitələrinin texniki pasportu; · Binanın yerləşdiyi torpaq sahəsi haqqında sənədlərin (sahənin ayrılması yaxud icarə müqaviləsi) surəti; · Ədliyyə təşkilatının daşınmaz əmlaka hüquqların qeydiyyatı üzrə arayışı; · Maşın və avadanlıqların yüklülüyünün olmaması haqqında arayış; · Daşınmaz əmlakın, maşın və avadanlıqların tam balans və qalıq dəyəri, balansa qəbul edilməsi ili haqqında arayış; · Qoşulma nöqtələrinin və əsas texniki parametrlərin (diametr, uzunluq, kabelin markası) göstərilməklə mühəndis şəbəkələrinin texniki vəziyyəti haqqında arayış. Biznesin qiymətləndirilməsi aşağıdakı növlərdən ibarətdir: · Müəssisənin qiymətləndirilməsi; · Bankların qiymətləndirilməsi; · Qiymətli kağızların qiymətləndirilməsi. |
