Qiymətləndirmə
Avadanlığın qiymətləndirilməsi
|
Bizim şirkət maşın və avadanlığın qiymətlədirilməsi üzrə yüksək keyfiyətli xidmətlər təklif edir. Bizim müddətlər minimal, qiymətlər isə optimaldır. “İVC – Beynəlxalq Qiymətləndirmə Mərkəzi” şirkətinin qiymətləndiriciləri konsturksiyalar, istehsal texnologiyası, maşın və avadanlıqların istismarı xüsusiyyətləri sahəsində bütün zəruri xüsusi biliklərə və təcrübəyə malikdirlər. Bütün bunlar bizə qiymətləndirilmənin dəqiqliyi və obyektivliyinə zəmanət vermək imkanı yaradır.
|
|
Bizim mütəxəssislər avadanlığın dəyərinin qiymətləndirilməsini aşağıdakı məqsədlər üçün həyata keçirirlər:
· Alış-satış üçün; · Girov, o cümlədən kredit üçün; · Müəssisənin nizamnamə kapitalına daxil edilməsi üçün; · Sığorta üçün; · Lizing sxemləri; · Digər təsərrüfat qərarlarının qəbulu üçün. Avadanlığın qiymətləndirilməsi üçün zəruri sənədlərin və informasiyanın siyahısı: · Avadanlığın adı, istehsalçısı, modeli, markası; · Buraxılış və istismara qəbul tarixləri; · Son hesabat tarixinə tam bərpa və qalıq dəyəri; · Avadanlığın konservasiyası, əsaslı təmir haqqında arayış; · Avadanlığın əsas texniki göstəriciləri (istehsal gücləri, qabaritləri, istehsal məhsulunun xarakteristikası). Qiymətləndirmə üçün zəruri informasiyanın siyahısı qiymətləndirilən əmlakın tərkibinin dərindən təhlili və qiymətləndirmənin məqsədlərinin müəyyən olunmasından sonra tərtib edilir. Avadanlığı qiymətləndirmək üçün qiymətləndiriciyə obyektin təsvirini, istismar olunduğu şəraiti, spesifik texniki istismar göstəricilərini əhatə edən sənədlər təqdim olunmalıdır. Avadanlığın müstəqil qiymətləndirilməsi fərdi və kompleks şəkildə tətbiq oluna bilər. Avadanlığın hər bir müstəqil qiymətləndirilməsi ekspertizanın aparılmasını və qiymətləndirmə haqqında hesabatın tərtibini nəzərdə tutur. Avadanlığın aşağıdakı növlərinin qiymətləndirilməsi üzrə sifarişlər daha yüksək çəkiyə malikdir: · Dəzgahlar və maşınlar; · Tikinti və təmir avadanlığı; · Ticarət avadanlığı; · Alətlər; · Kompüterlər və orqtexnika; · Digərləri. |
